23/01/2023
20:17
1407
| A A A
Lempard istefaya göndərildi

Everton-un baş məşqçisi Frenk Lempard istefaya göndərilib.

Goal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 45 yaşlı mütəxəssislə yollarını ayırmaq qərarına gəlib. Liverpul klubu yaxın müddətdə bunu rəsmən açıqlayacaq.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 20 oyunda 15 xal toplayan Everton turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır.