Erlinq Holann niderlandlı hücumçunun rekordunu yeniləyib
Wolverhampton-a qarşı İngiltərə Premyer Liqasının XXI tur oyununda 3 qol vuran Manchester City-nin futbolçusu Erlinq Holand Manchester United-in niderlandlı sabiq hücumçusu Rud van Nistelroyun rekordunu yeniləyib.
Goal.az xəbər verir ki, çempionatdakı 19-cu matçında 4-cü het-trikini gerçəkləşdirən norveçli forvard bu göstəriciyə ən tez çatan oyunçu olub. Van Nistelroy bunu 65 oyuna bacarıb.
3-cü sırada Luis Suares (81 görüş), 4-cü yerdə Alan Şirer (86), 5-ci pillədə isə Robbi Fauler (89) qərarlaşıb. (report)