27/01/2023
15:54
3468
| A A A
Liverpool-da yeni müqavilə

Liverpool futbolçusu Stefan Bayçetiçlə müqaviləni uzadıb.

Goal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək olan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Stefan 2021-ci ilin yanvarında Celta-dan Liverpool-a keçib. O, əvvəlcə klubun aşağı yaş qruplarından ibarət komandasında oynayıb. Serbiyalı futbolçu ötən ildən Liverpool-un əsas komandasında çıxış edir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI