Chelsea-də şok itki
Chelsea ciddi itki ilə üzləşib.
Goal.az xəbər verir ki, "zadəganlar"ın müdafiəçisi Tyaqo Silva sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sol dizindən zədələnən təcrübəli futbolçu azı 5 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Chelsea Premyer Liqada 10-cu sıradadır.