Zirə Peru millisinin üzvünü transfer edir
Zirə klubu yeni legioner futbolçu ilə anlaşıb.
Goal.az-ın RPP nəşrinə istinadən verdiyi məlumata görə, "qartallar" perulu sol cinah oyunçusu Alvaro Ampueronu transfer edir. Son komandası Deportivo Munisipial olan 27 yaşlı müdafiəçi ilə rəsmi müqavilə tezliklə imzalanacaq.
Ampuero Deportivo Munisipial-da uzun müddət zədəli olduğu üçün 2019-cu ildə cəmi 8 matçda forma geyinib. O, Peru millisinə də çağırılıb və 9 qarşılaşmada forma geyinib.
Noyabrın ən yaxşı futbolçusu?
PEYMAN BABAYİ
DAVİT VOLKOV
RİÇARD QADZE
JOZEF MONROZ