Inter-in futbolçusu Monaco-nun hədəfində
İnter-in futbolçusu Joao Mario karyerasını Fransada davam etdirə bilər.
Goal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Monaco-ya keçməyə yaxındır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Mario ilə Villarreal, Celta, Bayer Leverkusen və Liepzig də yaxından maraqlanır. Ancaq portuqaliyalı futbolçunun ilk seçiminin Monaco olduğu bildirilir.
2016-cı ildən İnter-də çıxış edən Mario, son mövsümdə İtaliya A Seriyasında 20 qarşılaşmada iştirak edib.