Galatasaray Qarabağ-ın rekordunu qırıb
Galatasaray Qarabağ-ın 2022/2023 mövsümündə qazandığı ardıcıl 13 oyunluq qələbə rekordunu qırıb.
Goal.az xəbər verir ki, İstanbul təmsilçisi Super Liqanın XXV turunda Kasımpaşa-nı 1:0 hesabı ilə məğlub edərək, yeni rekordun müəllifi olub.
“Cim-bom” ötən ilin oktyabrından bəri ölkə çempionatında keçirdiyi 14 qarşılaşmada rəqiblərinə heç bir şans verməyib.
Qeyd edək ki, Qarabağ mövsümün startında Azərbaycan Premyer Liqasının ardıcıl 13 oyununda qələbə qazanıb.