13/08/2019
10:17
2590
| A A A
Ronaldo: "Zidan məni özümü xüsusi hiss etməyə məcbur etdi"

 Juventus-un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Madridin Real klubunun baş məşqçisi Zinəddin Zidanın işindən danışıb.

Goal.az "A Bola"ya istinadən xəbər verir ki, ulduz futbolçu Zidanın pərəstişkarı olduğunu gizlətməyib:

"Oyunçunun ehtiyac duyduğu əminlik, yalnız onun özündən yox, həm də onun mühitindən, başqa futbolçulardan və məşqçidən asılıdır. Siz hiss etməlisiniz ki, komandanın mühüm hissəsisiniz və Zidan məni özümü xüsusi hiss etməyə məcbur etdi. Bu mənə çox kömək etdi. Zidan artıq hörmət etdiyim insan idi və  o, məşqçim olanda, mən Zidanı daha yaxşı tanıdım və onun böyük pərəstişkarı oldum. Onun necə danışmasına, komandaya rəhbərlik etməsinə pərəstiş etdim. O, kimin vəziyyəti dəyişdirməyə qadir olduğunu bilir və həmişə haqlı çıxırdı. Buna görə bizim dostluğumuz həmişə ürəyimdə olacaq".

Ronaldo Real-da Zidanın rəhbərliyi altında oynayıb. Portuqaliyalı futbolçu ispan komandasında 2009-cu ildən 2018-ci ilə qədər çıxış edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27246 səs