13/08/2019
11:44
2046
| A A A
Neftçi ilə oyun öncəsi Bnei Yehuda 3 futbolçusunu itirdi

İsrailin Bnei Yehuda komandası Neftçi ilə UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü ərəfəsində problemlə üzləşib.

Goal.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətdəki futbolçulardan üçü zədəlidir. Bunlar müdafiəçi İtsik Azuz, eləcə də yarımmüdafiəçi Amit Zenati və Eytan Velblümdur. Onların durumlarının ciddi olduğu və meydana çıxıb-çıxmayacaqlarına oyun ərəfəsində qərar veriləcəyi bildirilir.

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək Bnei Yehuda - Neftçi matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk oyun heç-heçə ilə nəticələnib - 2:2. 

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7217 səs