13/08/2019
15:11
574
| A A A
"Bakıdan sonra mən indiki vəziyyətimdə deyildim" - Ferrari-nin pilotu

"Ferrari"nin pilotu Şarl Lekler "Formula 1" üzrə Azərbaycan və Almaniya Qran-prilərində üzləşdiyi qəzaları müqayisə edib.

Goal.az-ın məlumatına görə, monakolu sürücü Bakıda təsnifat yarışı zamanı baş vermiş hadisəni daha ciddi səhv kimi dəyərləndirib.

"Fikrimcə, Bakıdan sonra mən indiki vəziyyətimdə deyildim. Həmin səhv mənim üçün daha ciddi idi. Hokkenhaymda isə nəticələr daha böyük və yəqin ki, daha diqqətçəkən oldu. Çünki Almaniya Qran-prisində xal qazana bilmədim. Digər tərəfdən, Almaniyada son döngələrdəki şərait çox pis idi, üstəlik, yağış yağdı. Amma mən bununla özümə haqq qazandırmıram. Baş verənlərdən dərs götürməyim lazımdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, Şarl Leklerin maşını Azərbaycan Qran-prisinin sıralama turu zamanı trekin ən ensiz hissəsində idarəetməni itirərək təhlükəsizlik səddinə çırpılıb. Bununla belə, o, əsas mərhələni 5-ci yerdə başa vuraraq Bakıda dövrənin ən sürətli pilotu sayılıb. Almaniya Qran-prisində isə Lekler qəza üzündən finişə çata bilməyib. Hazırda 22 yaşlı sürücü ümumi sıralamada 132 xalla 5-ci yerdə gedir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28197 səs