16/07/2019
10:00
2180
| A A A
Chelsea-də yeni müqavilə

Chelsea futbolçusu Meyson Mauntla müqavilənin müddətini artırıb.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 20 yaşlı yarımmüdafiəçi ilə 4 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, London təmsilçisinin yetirməsi olan ingilis oyunçu ötən mövsümü icarə əsasında Derby County-də keçirib. Həmin vaxt Çempionşip təmsilçisini bu yay Chelsea-nin baş məşqçisi təyin edilən Frank Lempard çalışdırıb.