16/07/2019
10:21
2971
| A A A
Juventus Remzini təqdim etdi

Juventus yeni transferi Aaron Remzini ictimaiyyətə təqdim edib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uelsli yarımmüdafiəçi Turin təmsilçisində 8 nömrəli formada çıxış edəcək. 28 yaşlı futbolçu təqdimat mərasimində Juventus-a keçidi haqda danışıb:

"Juventus-da olduğum üçün xoşbəxtəm. Qısa vaxtda komandaya qoşulmaq istəyirəm. Bu klub mənimlə maraqlananda mənə yuxu kimi gəlirdi. Burada yaxşı qarşılandım. Baş məşqçimiz Mauritsio Sarri ilə danışdım. Böyük hədəflərə nail olmaq üçün ona kömək etməyə hazıram".

Qeyd edək ki, son klubu Arsenal olan Remzi Juventus-a azad agent kimi keçib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27215 səs