16/07/2019
11:52
3538
| A A A
Zidanın böyük oğlunun yeni klubu müəyyənləşdi

Real-ın klubunun baş məşqçisi Zinədin Zidanın böyük oğlu Enzo Zidanın yeni iş yeri müəyyənləşib.

Goal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bundan sonra Portuqaliyanın Aves klubunun uğurları üçün çalışacaq.

Ötən mövsümü 14-cü pillədə başa vuran Premyer Liqa təmsilçisi Zidanla 2 illik müqavilə bağlayıb.

Real-ın yetirməsi olan Enzo, Madrid klubunun əvəzedici heyətində oynasa da, əsas komandada debüt etməyib. O, bir müddət İspaniyanın Alaves klubunda oynadıqdan sonra İsveçrənin Lozanna-Sport klubuna üz tutub. Geridə qalan mövsümdə isə yarımmüdafiəçi icarə əsasında İspaniyanın Rayo Majadaonda klubunun uğurları üçün çalışıb.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1207 səs