16/07/2019
13:58
1402
| A A A
Səbail Avropa Liqasının oyunu üçün Rumıniyaya yola düşdü

“Səbail” komandası UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Universitatya”la ilə cavab oyunu üçün Rumıniyaya yola düşüb.

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi saat 12:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-İstanbul-Buxarest reysi ilə səfərə çıxıb. “Dənizçilər” Buxarestdən “Universitatya”nın təmsil etdiyi Krayova şəhərinə avtobusla yola düşəcəklər.

Heyət mənzil başına axşam saatlarında çatacaq. İyulun 17-də isə komandanın matçöncəsi məşqi olacaq.

İyulun 18-də Krayovadakı “İon Oblemenko” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bakıda baş tutan ilk matçda rumınlar 3:2 hesabı ilə qalib gəliblər.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27217 səs