16/07/2019
14:50
1653
| A A A
Rio Ferdinand Hemiltonun müdafiəsinə qalxdı

Manchester United klubunun sabiq futbolçusu Rio Ferdinand Mercedes-in pilotu Lüis Hemilltona qarşı yönəlmiş tənqidlər əleyhinə çıxıb. 

Goal.az xəbər verir ki, keçmiş müdafiəçi həmyerlisinin Monakoda yaşamaqla vətənpərvərlik nümunəsi göstərmədiyi ittihamlarının arxasında hörmətsizlik və irqçiliyin dayandığını bildirib. 

"Lüisə deyirlər ki, guya o, tam britaniyalı deyil. Qalib gəldiyi vaxt heç kim xatırlamır, amma titula gedən yolda onun patriotizmini şübhə altında qoyurlar. Axı niyə? O, Monakoda yaşayır, Britaniya aksenti yoxdur, geyim və həyat tərzi britaniyalıdan fərqlənir. Hə, nə olsun? "Formula 1" pilotlarının çoxu, o cümlədən, Censon Batton Monakoda yaşayır. Nə vaxtsa kimsə Battonun vətənpərvərliyinə şübhə edib? Xeyr! Mən belə izah edərdim: O, digər britaniyalılar kimi görünür və geyinir".

Ferdinandın fikrincə, Hemiltonu şübhə altına almaqla rasizmə də yol verilir: "Lüisə etinasızlıq etmək olmaz". 

Qeyd edək ki, hazırda "Formula 1"də lider olan Lüis Hemilton 6-cı dünya çempionluğuna doğru gedir. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27580 səs