16/07/2019
16:37
2333
| A A A
Adını dəyişib Tottenhem qoymaq istədi, icazə vermədilər

İsveç vətəndaşı Devid Lind adını dəyişdirərək Tottenhem etmək istəyib.

Goal.az xəbər verir ki, 39 yaşlı Tottenham azarkeşinin bu istəyi aidiyyatı qurumlar tərəfindən rədd edilib. Tottenham-in son mövsümdə Çempionlar Liqasının finalına yüksəlməsi şərəfinə adını dəyişdirmək istəyən Lind, tələbinin rədd edilməsindən sonra açıqlama verib:

“Bu çox kədərlidir. İsveçdə bir nəfərə hardasa hər şey demək olur, ancaq Tottenhem yox. İsveçdə qəribə adları olan çox adam var. Hətta birinin də adı Kartofdur. Bəlkə də, qurumdakılardan biri Arsenal azarkeşidir deyə, tələbimi rədd etdilər”.

Tottenham Çempionlar Liqasının finalında Liverpool-a 0:2 hesabıyla məğlub olmuşdu.(komanda.az)