16/07/2019
19:00
1903
| A A A
Milan-ın maraqlandığı futbolçu Roma-ya keçəcək

Fiorentina-nın yarımmüdafiəçisi Cordan Veretu klubunu dəyişməyə hazırlaşır.

Goal.az xəbər verir ki, 26 yaşlı oyunçu Roma-ya keçməyə yaxındır.

Fransalı futbolçu ölkə xaricindən təkliflər almasına baxmayaraq, A seriyasını tərk etmək fikrində deyil. Ancaq o, Fiorentina-da qalmağı da düşünmür. Milan və Roma onunla bağlı danışıq aparsa da, birincilər sonradan geri addım atıblar. Futbolçusunun ayrılmaq istəyini nəzərə alan Florensiya klubu 25 milyon avroluq tələbi 20 milyona endirib. Klublar arasında ilkin anlaşmaya əsasən, bu transfer 19 milyon avroya başa gələcək. Ancaq Roma "Fiorentina"ya müəyyən məbləğdə bonus da ödəyəcək.

Qeyd edək ki, Cordan Veretu Fiorentina-ya 2017-ci ildə Aston Villa-dan keçib.(matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27215 səs