16/07/2019
19:50
3407
| A A A
De Liqt tibbi müayinədən keçəcək

Ajax-ın kapitanı Mattius de Liqtin Juventus-a transferi reallaşmaq üzrədir.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, gənc müdafiəçi bu gün Turinə yollanacaq.
Hollandiya millisinin üzvü sabah tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək. Klublar arasındakı razılığa əsasən, bu transfer Amsterdam klubuna 70 milyon avro qazandıracaq. Hollandlar oyunçunun performansına görə, əlavə bonus da ala bilər.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7220 səs