22/03/2023
23:24
52687
| A A A
Mesut Özil karyerasını bitirdi

Almaniya millisinin sabiq futbolçusu Mesut Özil karyerasını başa vurub.

Goal.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O, peşəkar futbolçu karyerasını sonlandırdığını bildirib.

2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olan Özil Real Madrid, Arsenal, Fenerbahçe kimi komandaların formasını geyinib. Onun son klubu Başakşehir olub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI