11/09/2019
18:31
3271
| A A A
Ronaldodan növbəti rekord

Portuqaliya milli komandası AÇ-2020-nin seçmə mərhələsində Litva yığmasını məğlub edib – 5:1.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşmada Potuqaliya millisinin üzvü Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Litva ilə oyunda 4 qol vuraraq, poker edən Ronaldo, Avropa çempionatlarının seçmə mərhələlərində vurduğu qolların sayını 25-ə çatdırıb. Portuqaliyalı hücumçu bununla da, AÇ-nin seçmə mərhələlərində ən çox qol vuran futbolçu ünvanını qazanıb.

Ronaldodan əvvəlki rekord İrlandiya millisinin sabiq üzvü Robbi Kinə aid idi. Keçmiş forvard AÇ-nin seçmə mərhələlərində 23 qol vurmuşdu.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33991 səs