12/09/2019
09:45
3167
| A A A
UEFA-dan üçüncü avrokubok turniri

UEFA-nın təşkilatçılığı ilə keçiriləcək üçüncü avrokubok turniri "Konfrans Liqası" adlandırılacaq.

Goal.az-ın xəbərinə görə, bu barədə "Bild" nəşri məlumat yayıb. Turnirin 2021/2022 mövsümündə başlaya biləcəyi vurğulanıb. Bu, Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü ən vacib avrokubok turniri olacaq.

Yarışın formatının Çempionlar Liqasının formatı ilə (32 komanda, 8 qrup) oxşar olacağı gözlənilir. Qrup liderləri 1/8 finala birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü olan komanda ilə qarşılaşacaq.

Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
10018 səs