12/09/2019
17:47
1073
| A A A
Modriç millimizlə oyunda zədələnib

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç zədələnib.

Goal.az xəbər verir ki, bu üzdən ulduz futbolçu bir müddət klubu Real Madrid-ə kömək edə bilməyəcək.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə Bakıda keçirilən qarşılaşmada zədələnən 34 yaşlı orta sahə oyunçusu qasıq nahiyəsində ağrılar hiss edib. "Kral klubu"nun həkimləri tərəfindən müayinə olunan futbolçunun təxminən 10 və ya 15 gün komandadan kənarda qalacağı müəyyənləşib.

Qeyd edək ki, 1:1 hesabı ilə nəticələnən Azərbaycan - Xorvatiya oyununda qonaqların yeganə qoluna penaltidən məhz Modriç imza atıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33960 səs