09/11/2019
09:50
331
| A A A
Premyer Liqada XI tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Görüşlərdən biri Bakıda, digəri isə Qəbələdə olacaq.

Turun ilk matçında autsayder Qəbələ Səbail-i qəbul edəcək. Əyalət təmsilçisi 6 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Paytaxt komandası isə 11 xalla 5-ci yerdə gedir. Çempionatın ilk dövrəsindəki matç heç-heçə ilə yekunlaşıb - 1:1.

Komandalar Premyer Liqada 9 dəfə üz-üzə gəliblər. Bunların 4-də meydan sahibləri, 2-də isə paytaxt klubu qələbə qazana bilib. Topların fərqində də Qəbələ üstündür - 15:9. Rəqiblər arasındakı son iki oyunda hər iki kollektiv qol vurub. Qəbələ öz meydanında Səbail-ə heç vaxt uduzmayıb.

Günün digər oyununda qonşu pillələrdə qərarlaşan Neftçi və Keşlə komandaları üz-üzə gələcək. Meydan sahibi flaqman 18 xalla ikinci, Keşlə isə 16 xalla üçüncü yerdədir. Birinci dövrədəki matçda qapılara qol vurulmayıb.

Komandalar Premyer Liqada 60 dəfə qarşılaşıblar. Neftçi 31, Keşlə isə 14 görüşdə meydanı 3 xalla tərk edib. Topların fərqində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 90:58. Keşlə 5 matçdır ki, rəqibinə qol vura bilmir, əvəzində qonaqlar 7 səfər oyununu qolsuz tərk etməyib.

Azərbaycan Premyer Liqası

XI tur

15:00. Qəbələ – Səbail

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu

17:00. Keşlə – Neftçi

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“ASCO Arena”

Qeyd edək ki, XI tura noyabrın 10-da keçiriləcək Qarabağ - Zirə və Sabah - Sumqayıt matçları ilə yekun vurulacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39538 səs