09/11/2019
11:15
408
| A A A
Platini UEFA-dan 7.2 milyon avro tələb edir

UEFA-nın sabiq prezidenti Mişel Platini Avropa futbol qurumunun ona olan əməkhaqqı borcunun ödənilməsi üçün məhkəməyə müraciət edib.

Goal.az xəbər verir ki, 64 yaşlı fransalı funksioner 7,2 milyon avro tələb edir. Bunun 5,5 milyon avrosu əməkhaqqı borcudur.

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007 - 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası korrupsiyada ittiham olunan veteran futbolçunu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza müddəti 4 ilə endirilib və bu ilin oktybarında başa çatıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39537 səs