09/11/2019
14:10
1381
| A A A
"Bütün dünya bu oyunu izləyəcək" - Klopp

Liverpool-un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 12-ci turunda Manchester City ilə oyun öncəsi fikirlərini bildirib.

Goal.az xəbər verir ki, o, qələbə qazanmaq istədiklərini deyib: "Bunun reallaşması üçün əlimizdən gələn hər şeyi etməyə çalışacağıq. Bundan sonra vəziyyəti qiymətləndirəcəyik. Mövsüm bu oyunla bitməyəcək. Ancaq Manchester City ilə görüşün böyük bir matç olduğunu başa düşürük. Bütün dünya bu oyunu izləyəcək. Mən olsaydım, 100 faiz baxardım. Tanıdığım hər kəs izləyəcək. Buna görə çox vacib oyundur. Matçı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Liverpool - Manchester City qarşılaşması noyabrın 10-u keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39538 səs