09/11/2019
15:10
492
| A A A
Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər.

Goal.az xəbər verir ki, Avropa futbol qurumu bununla bağlı kommersiya tərəfdaşları ilə danışıqlara başlayıb. Okeanın o tayında prioritet məkan kimi Nyu-Cersidəki “MetLife Stadium" nəzərdən keçirilir. Razılıq əldə olunsa, ən nüfuzlu klub turnirinin finalı ilk dəfə Avropa hüdudlarından kənarda təşkil ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasının bu mövsüm həlledici matç Türkiyənin İstanbul, 2021-ci ildə Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen şəhərlərində, 2023-cü ildə isə İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39538 səs