09/11/2019
17:52
536
| A A A
Kabalyero Ispaniyaya qayıtmaq istəyir

Chelsea-nin futbolçusu Villi Kabalyero karyerasını İspaniyada davam etdirmək istəyir.

Goal.az xəbər verir ki, bu barədə 38 yaşlı qapıçı, AS nəşrinə açıqlamasında deyib:

“Planlarım arasında Argentinaya qayıtmaq yoxdur. Çünki uzun müddətdir Avropadayam və özümü bura aid hiss edirəm. İspaniyaya qayıtmaq istəyirəm. Elche və Malaga variantları var idi, ancaq istədiklərim bunlar deyil. 38 yaşım olsa da, karyeramı hələ yüksək səviyyədə davam etdirə biləcək gücüm var”.

Boca Juniors-un yetirməsi olan Kabalyero daha əvvəl İspaniyada Elche və Malaga-da forma geyinib. 2014-2017-ci illər aralığında Manchester City-də çıxış edən qolkiper 2017-ci ildən Chelsea-dədir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39538 səs