09/11/2019
19:27
391
| A A A
Arsenal-da Leicester-lə oyun qabağı ciddi itki

Arsenal İngiltərə Premyer Liqasının 12-ci turunda səfərdə Leicester-lə qarşılaşacaq.

Goal.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Qranit Caka “tülkülər”lə görüşdə komandasına kömək edə bilməyəcək. Bu barədə komandanın baş məşqçisi Unay Emeri İngiltərə mətbuatına açıqlamasında deyib. O, Cakanın hazırda psixoloji durumunun yaxşı olmadığını və Leicester-lə matçda olmayacağını bildirib.

Caka Premyer Liqanın 11-ci turunun Crystal Palace-la qarşılaşmasında yerli azarkeşlərlə qalmaqal yaşamış, daha sonra isə kapitanlığı əlindən alınmışdı.

Bu gün keçiriləcək Leicester – Arsenal matçı saat 21:30-da start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39540 səs