09/11/2019
21:35
1414
| A A A
“Suares MLS-ə getmək istəyir" - komanda yoldaşı

Uruqvay millisinin futbolçusu Nikolas Lodeyro yığmadakı komanda yoldaşı Luis Suaresin gələcəyi haqda açıqlama verib.

Goal.az xəbər verir ki, Seattle Sounders klubunda forma geyinən Lodeyro, Barcelona-nın hücumçusu Suaresin MLS-də çıxış etmək istədiyini deyib:

“Suares MLS-ə getmək istəyir. Milli komandanın düşərgəsində olarkən həmişə bu haqda danışır. Bəli, xəyalı Barcelona üçün oynamaqdır. Ancaq bir gün MLS-ə gedəcək. Məncə, bunun üçün zaman lazımdır. Ümid edirəm ki, mənim oynadığım kluba gələr”.

Qeyd edək ki, 2014-cü ildən Barcelona-da forma geyinən Suaresin müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8793 səs