09/11/2019
18:07
283
| A A A
"Bundan artığına layiqik" - Elmar Baxşıyev

“Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edirəm. Azarkeşlərimizi bu bayrama görə sevindirmək istəyirdik. Komanda əlindən gələni etdi və qələbə qazandı. Gənc komanda üçün qələbə qazanmaq çox sevindiricidir. Komandamızda yetərincə gənc oyunçular var ki, bu qələbə onlar üçün əlavə motivasiyadır. İbrahima Niassenin komandaya qoşulmağını mən xahiş eləmişdim. O, artırmağa qadirdir. Onun təcrübəsi bizə çox lazım olacaq".

Goal.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin çalışdırıcısı Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 11-ci turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat kofransında deyib.

"Məğlub olduqdan sonra da bu komandaya inanırıq. Komandanın potensialını görürük, bundan artığına layiqik. Sonadək üzərimizə düşənə edəcəyik ki, daha yuxarı mövqelərə yaxınlaşaq. Məqsəd oyun keyfiyyətlərini artırmaq və gənclərin təcrübə toplamasıdır. Davit Volkov zədələndiyi üçün özü əvəzlənməsini istədi. Bu, mikrozədədir. “Sabah”la oyunda daha yaxşı oynasaq da, qol imkanlarından yararlanmadıq" - deyə o bildirib.

E.Baxşıyev komandada çox gənc futbolçular olduğunu vurğulayıb: "Təcrübə baxımından geri qalırıq. Bunu istək və əzmkarlıqla kompensasiya edirik. Daha fərqli komanda görəcəksiniz, məzmunlu və baxımlı futbol göstərəcəyik. Bu epizodları yaratmaq da müsbət məqamdır və sevindiricidir. Bu imkanlardan yararlanmağın üzərində işləyib, istifadə ilə bağlı çatışmazlığı aradan qaldıracağıq”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39537 səs