30/05/2023
19:44
36190
| A A A
“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO
Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin 100 illik
yubileyi münasibətilə “Azərlotereya” ASC-nin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə
yürüş edib.
Yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə Böyük Qafqaz sıra dağlarının Başdağ
silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə
yerləşən “Heydər zirvəsi”ni fəth ediblər.
Alpiniada iştirakçıları Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib,
Azərbaycan və Türkiyə bayraqlarını “Heydər zirvəsi”ndə dalğalandırıblar. Lentə
alınan həmin görüntüləri təqdim edirik.
GÜNÜN ƏN ÇOX OXUNANLARI