04/10/2016
19:18
998
| A A A
"Spartak" hakimdən federasiyaya şikayət edib

"Spartak" Rusiya Futbol Federasiyasından baş hakim Serqey İvanova cəza verilməsi üçün müraciət edib. Goal.az xəbər verir ki, Moskva klubu Premyer Liqanın 9-cu turunda "Zenit"lə baş tutmuş görüşdə referinin idarəçilikdə kobud səhvlərə yol verdiyi qənaətindədir.

"Oyunu idarə edən hakimin səviyyəsi istənilən kimi deyildi. Bunu şikayətdəki təsvirlər və video fraqmentlər sübut edir" - "Spartak"ın müraciətində deyilir.

Qeyd edək ki, "Spartak"ın qapısına 2 penalti təyin olunan görüşdə "Zenit" 4:2 hesabıyla qalib gəlmişdi.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
42797 səs