02/12/2016
14:45
8914
| A A A
Aleksandr Səmədov məşqdən qovuldu

Rusiya millisinin üzvü Aleksandr Səmədovun "Spartak"a qayıdacağı barədə xəbərlər mediada yayılmağa başlayıb. Dekabrın 1-də "Lokomotiv"in məşqində baş məşqçi Yuri Syomin onu bazadan qovub.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis onunla mübahisə edən Səmədovun xidmətlərinə ehtiyac duymadığını bildirib. Syomin ona əşyalarını toplayıb Bakovka bazasını tərk etməyi tapşırıb. Səmədovlə Syomin arasında soyuq münasibət çoxdan var. Futbolçu onun məşq metodlarını köhnəlmiş hesab edir.

Qeyd edək ki, dekabrın 1-də keçirilən "Lokomotiv" - "Tom" qarşılaşmasında (6:1) Aleksandrın adı iştirak ərizəsinə daxil olunsa da, özü ehtiyat skamyada görünməyib.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
35093 səs