20/12/2016
11:00
2286
| A A A
Rusiya Premyer Liqasında "İlin futbolçusu" müəyyənləşdi

Rusiyda 2016-cı ilin ən yaxşı futbolçusu açıqlanıb. Rusiya Futbol İttifaqı, Peşəkar Futbol Liqası və "Sport Ekspress" qəzetinin birgə təşkil etdiyi səsvermədə "Krasnodar"ın hücumçusu Fyodor Smolov hamını qabaqlayıb. Goal.az xəbər verir ki, 26 yaşlı futbolçu ən yaxın izləyicisi Kuinsi Promesi təxminən 100 ball geridə qoyub. Qeyd edək ki, "İlin futbolçusu" adına 48 namizəd Rusiya Premyer Liqasında çıxış edən yerli və əcnəbi oyunçular nəzərə alınmaqla seçilib.

Rusiya çempionatının ən yaxşı futbolçuları:

1. Fyodor Smolov (Krasnodar)

2. Kuinsi Promes (Spartak)

3. İqor Akinfeyev (CSKA)

4. Serdar Azmun (Rostov)

5. Denis Qluşakov (Spartak)

6. Artyom Dzyuba (Zenit)

7. Juliano (Zenit)

8. Soslan Canayev (Rostov)

9. Kristian Noboa (Rubin)

10. Vasili Berezutski (CSKA)

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66282 səs