18/06/2018
15:55
1821
| A A A
Rusiyada futbol klubu fəaliyyətini dayandırdı

Rusiya Premyer Liqasında çıxış edən Amkar fəaliyyətini dayandırıb. Goal.az xəbər verir ki, klub rəhbərliyi növbəti mövsüm turnirdə iştirak etməmək qərarına gəlib. Daha öncə Rusiya Futbol Federasiyası 2018/19 mövsümü üçün maliyyə təminatı olmadığına görə Perm təmsilçisinə lisenziya verməmişdi. Amkar-ın prezidenti Qennadi Şilov komandanın futbolçularına təkliflər gəldiyini qeyd edib.

Amkar ötən mövsüm Rusiya Premyer Liqasında 13-cü yeri tutmuş, elitada qalmaq uğrunda pley-off matçlarında isə Tambov-a qalib gəlmişdi. Qeyd edək ki, bu klubun futbolçusu Brayan İdovu Nigeriya millisinin heyətində dünya çempionatında iştirak edir.