29/06/2018
15:40
1272
| A A A
Rusiyada mövsümün ən yaxşı məşqçisi müəyyənləşib
Rusiya Premyer Liqasında 2017-2018 mövsümünün müxtəlif nominasiyalar üzrə qaliblərinin adları açıqlanıb.  Goal.az xəbər verir ki, Qəbələ-nin sabiq baş məşqçisi Yuri Syomin başa çatan mövsümün ən yaxşı məşqçisi seçilib. 71 yaşlı mütəxəssisin rəhbərlik etdiyi Lokomotiv isə mövsümün ən yaxşı komandası olub.
Krasnodar-ın forvardı Fyodor Smolov ən yaxşı oyunçu, CSKA-nın yarımmüdafiəçisi Aleksandr Qolovin ən yaxşı gənc futbolçu adına layiq görülüb. Lokomotiv ötən mövsüm Rusiya Premyer Liqasının qalibi olub. Yuri Syominin baş məşqçisi olduğu kollektiv 14 ildən sonra bu uğuru təkrarlaya bilib.