28/07/2018
11:30
2048
| A A A
Rusiya Superkubokunun qalibi müəyyənləşib

Rusiya Super Kubokunun qalibi müəyyənləşib. Goal.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu Lokomotiv və CSKA qarşılaşıb. Rusiya kubokunun son sahibi Tosno olsa da, bu klub maliyyə çətinlikləri səəbindən fəaliyyətini dayandırıb.

Superkubok matçının taleyini bir qol həll edib. Əsas vaxtı heç-heçə - 0:0 bitən qarşılaşmanın 106-cı dəqiqəsində CSKA-nın oyunçusu Xetaq Xosonovun vurduğu qol komandasına qələbə qazandırıb. Qeyd edək ki, Solomon Kverkeliyanın 113-cü dəqiqədə qırmızı vərəqə alması ilə Lokomotiv matçı azlıqda başa vurmalı olub. 

"Ordu klubu" bu qələbə ilə Super Kubokda rekord sayda – 7-ci dəfə uğur əldə edib. Klub buna 2004, 2006, 2007, 2009, 2013 və 2014-cü illərdə də nail olmuşdu.