31/07/2018
13:08
2640
| A A A
Zenit 3 ildən sonra "zərərə işlədi"

Rusiyanın ən güclü klublarından hesab olunan Zenit son 3 il ərzində ən pis maliyyə mənzərəsinə malik olub. Goal.az xəbər verir ki, "piterlilər" 9.7 milyard qazanması fonunda 231 milyon rubl zərər ediblər. Sonuncu dəfə klub 2014-cü ildə ziyana işləmişdi. Həmin vaxt 5 milyard rubl maliyyə zərəri edən Zenit "Financial fair play" qaydalarını pozduğuna görə UEFA tərəfindən cəzalandırılmışdı.

2016-cı ildə klubun təmiz gəliri 5.6 milyard rubl təşkil etmişdi. Buna səbəb Halk və Aksel Vitselin ümumilikdə 80 milyon avroya Çin klublarına satılması idi.