19/08/2018
12:45
2953
| A A A
Ramil Şeydayev bu gün debüt edə bilər

 “Krılya Sovetov”la müqavilə bağlayan Ramil Şeydayevin adı artıq klubun sifariş ərizəsinə salınıb.

Goal.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, milli komandamızın üzvü bu gün Premyer Liqada debüt edə bilər. Rusiyalı həmkarlarımız 22 yaşlı forvardın 4-cü turda Moskva “Lokomotiv”i ilə görüşdə meydana çıxa biləcəyini yazıblar.

Qeyd edək ki, Şeydayev “Krılya Sovetov”la 1 illik müqavilə bağlayıb.