26/08/2018
15:10
10628
| A A A
Moskva derbisində fantastik qol - video

Rusiya Premyer Liqasının 5-ci turunda keçirilən "Spartak" (Moskva) - "Dinamo" (Moskva) matçında mötəşəm qol qeydə alınıb.

Goal.az-ın məlumatına görə, oyunun 82-ci dəqiqəsində qonaq komandanın müdafiəçisi Vladimir Rykov topu meydanın özlərinə aid hissəsindən birbaşa qapıya vurub. Rus futbolçunun zərbəsi meydan sahiblərinin qapıçısı Aleksandr Maksimenko üçün qarşısıalınmaz olub.Qeyd edək ki, Moskva derbisi "Spartak"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.