21/09/2018
14:00
2191
| A A A
Ayaz həftənin ən yaxşı oyunçusu seçildi

Rusiya "Rostov"unda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev komandasında həftənin ən yaxşı futbolçusu seçilib. 

Goal.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi azarkeşlər arasındakı sorğuda Premyer Liqanın VII turunda "Ural"la səfər oyununun ən yaxşısı olub. 

Qeyd edək ki, "Ural" - "Rostov" matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Ayaz Quliyev komandasının vurduğu qolda məhsuldar ötürmə edib. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
8103 səs