27/09/2018
17:19
1468
| A A A
Azər Əliyevin komandası mərhələ adlaya bilmədi

Rusiya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Goal.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Ufa da bu turnirdə növbəti matçına çıxıb. Komanda səfərdə aşağı liqa təmsilçisi Nijni Novqorod ilə qarşılaşıb. 

Görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda da tərəflər fərqlənə bilmədiyindən, qalibi penaltilər seriyası müəyyənləşdirib. Daha dəqiq oynayan Nijni Novqorod 5:3 hesabıyla qalib gələrək Azərin komandasını kubokdan kənarlaşdırıb. Əliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.