28/09/2018
15:22
1525
| A A A
Lokomotiv-in hücumçusu zədələnib

Lokomotiv Moskva klubu ciddi itki ilə üzləşib. Goal.az xəbər verir ki, Moskva təmsilçisinin hücumçusu Fyodr Smolov zədələnib. Xəbərdə futbolçunun ən az 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Smolov Lokomotiv-in Çempionlar Liqasının qrup mərhələsində Schalke və Porto-ya qarşı keçirəcəyi oyunda iştirak etməyəcək. 28 yaşlı futbolçu avqust ayında 9 milyon avro qarşılığında Krasnodar-dan transfer edilmişdi.