30/09/2018
13:00
1415
| A A A
Həmyerlimiz oynadı, komandası qələbə qazanıb

Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilir. Goal.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb. Komanda doğma meydanda “Yenisey”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1. Azər də bu görüşün iştirakçısı olub. O, matçın 85-ci dəqiqəsində meydana buraxılıb.

“Ufa” hazırda 8 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.