09/10/2018
14:48
2974
| A A A
Məmurları döyən futbolçular qovulacaq

Rusiyalı futbolçular Aleksandr Kokorin və Pavel Mamayevin kafedə sərxoş vəziyyətdə məmuru döyməsi hay-küy yaradıb.

Goal.az xəbər verir ki, futbolçuların bu hərəkəti geniş müzakirə olunur. Dövlət Duması iformasiya siyasəti komitəsinin sədr müavini Mixail Starşinov deyib ki, Kokorin və Mamayev ciddi cəza almalıdır: “ Hər ikisi həddini aşıb. Baş verənlər onların tərbiyəsizliyini büruzə verdi. Belə hadisələrə biganə yanaşmaq olmaz. Cinayət hadisəsi hüquqi baxımdan həllini tapmalıdır”. Hadisəyə Pavel Mamayevin uzvü olduğu Krasnodar klubu da rəsmi münasibət bildirib. Açıqlamada deyilir: “ Hadisəni mətbuatdan öyrəndik. Yarımmüdafiəçimizin hərəkəti araşdırılır. Əminik ki, bu məsələyə hüquqi qiymət veriləcək. Krasnodar klubu zorakılığa qarşıdır”. Zenit isə hadisəyə görə hücumçu Aleksandr Kokorini heyətdən uzaqlaşdıracağını bəyan edib. 27 yaşlı hücumçu ilə Sankt-Peterburq klubu arasında müqavilənin müddəti 2019-cu ilin yayında başa çatacaq. Lakin qalmaqalı müzakirə edən rəhbərlik Kokorini uzaqlaşdırçaq. Məlum olub ki, sərxoş futbolçular Rusiyanın Birinci kanalının aparıcısı Olqa Uşakovanın sürücüsünə, həmçinin Belarus vətəndaşına ciddi xəsarət yetiriblər. Kəllə-beyin tramvası alan belaruslu hazırda reanimasiyadadır.