19/10/2018
18:26
1636
| A A A
Ayaz Quliyev üçün 1 milyon avroluq təklif

Hazırda Rusiya Rostov-unda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva Spartak-ına qayıda bilər.

Goal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "qırmızı-ağlar" sabiq oyunçusunu yenidən heyətinə qatmaq niyyətindədir.

Paytaxt təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün 1 milyon avro ödəməyə hazırdır. Klub onu son zamanlar qalmaqalları ilə gündəmə gələn Denis Qluşakovun əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Ayaz Quliyev bu ilin mayında məhz Spartak-dan Rostov-a keçib. Quliyev həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.