22/10/2018
14:52
1702
| A A A
Spartak baş məşqçini istefaya gödərdi

Spartak klubu baş məşqçi Massimo Karrera ilə yollarını ayırdı.

Goal.az xəbər verir ki, klubun direktorlar şurası italiyalını geri göndərməyi qərara alıb. Onun yerinə müvəqqəti olaraq Raul Pianço təyin edilib. Spartak-ın rəsmi saytında yer alan məlumatda deyilir: “İtaliyalı komandanın uğurları üçün əlindən gələni etdi. Bununla belə, ötən mövsümün nəticələri qənaətbəxş sayıla bilməz. Qarşıya qoyulan tapşırıqların heç birinə əməl edilməyib. Komandanın oyununda inkişaf yoxdur. Keçmiş baş məşqçiyə gələcək karyerasında uğur arzulayırıq”.

İstefaya göndərilən Karrera 2016-cı ildə Moskva klubuna gətirilmişdi. Spartak onunla ölkə çempionu adını qazanıb, Rusiya superkubokunu əldə edib.