10/11/2018
15:18
1235
| A A A
Arşavin karyerasını bitirir

Rusiya futbol tarixinin ən güclülərindən olan Andrey Arşavin karyerasını bitirir.

Goal.az xəbər verir ki, bunu Arşavin özü bəyan edib.

O, Kayrat-ın azarkeşlərinin suallarını cavablandırarkən, karyerasını bitirəcəyini elan edib. Bundan sonra futbolda qalmaq istədiyini də vurğulayıb:

“Əlbəttə, istəyirəm ki, futbolda məşqçi kimi qalım. Ancaq daha əvvəl də dediyim kimi, bu, mənim üçün çətin olacaq”.

Arşavinin karyerasında son oyun noyabrın 11-də Karaqanda Şaxtyor-u ilə keçiriləcək qarşılaşma olacaq. 37 yaşlı Arşavin Kayratda 2016-cı ildən çıxış edirdi. Xatırladaq ki, Arşavin Arsenal-da ki çıxışı ilə məşhurlaşmışdır.