12/11/2018
17:00
1476
| A A A
Spartak-da yeni məşqçi

Rusiyanın Spartak klubunun yeni baş məşqçisi məlum olub.Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Moskva təmsilçisini Oleq Kononov çalışdıracaq. O, bu vəzifədə ötən ay istefaya göndərilən Massimo Karreranı əvəzləyib. Kononovun müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib.Paytaxt təmsilçisi Premyer Liqada 14 turdan sonra 19 xalla 9-cu pillədə qərarlaşıbQeyd edək ki, 52 yaşlı rusiyalı mütəxəssis daha əvvəl Tula Arsenal-ı, Axmat, Krasnodar və Seriff kimi klubları çalışdırıb.