25/11/2018
13:25
1285
| A A A
Akinfeyev tarixə keçdi

ÇSKA-nın qapıçısı İqor Akinfeyev rekorda imza atıb. 

Goal.az-ın xəbərinə görə,  təcrübəli qolkiper Rusiya Premyer Liqasının 15-ci turunda “Axmat”la oyunda yeni rekord müəyyənləşdirib.  MOİK-in heyətində 582-ci matçına çıxan qapıçı SSRİ və Rusiya tarixində eyni klubla ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Buna qədər sözügedən rekord Oleq Bloxinə məxsus idi. Ukraynalı əfsanəvi hücumçu Kiyev “Dinamo”su ilə 581 matça çıxmışdı.

Qeyd edək ki, 32 yaşlı Akinfeyev  SSKA-da 2003-cü ildən çıxış edir